İki milyard insanın həyatı risk altındadır
Elm adamları bildiriblər ki, iqlim dəyişikliyi səbəbindən buz örtüyünün azalması aşağı axarda yaşayan insanlar üçün şirin suyun azalmasına səbəb olacaq.
Müəlliflər həmçinin dağlardakı 200 buzlaq gölünü təhlükəli hesab ediblər və ərimə nəticəsində əsrin sonunda regionda daşqınların, eləcə də uçqunların sayında əhəmiyyətli artım müşahidə oluna biləcəyi təhlükəsindən danışıblar. Bu isə 12 dağ çayı boyunca yaşayan iki milyarda yaxın insanın risk altında olması deməkdir.
Mütəxəssislərin sözlərinə görə, Himalay dağlarında buzların əriməsinin qarşısını almaq üçün istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq son dərəcə vacibdir.
AzVision.az
Teqlər: