Tunisdə qatar relsdən çıxıb: 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb

      Tunisdə qatar relsdən çıxıb:    2 nəfər ölüb, 30-dan çox adam yaralanıb
  21 İyun 2023    Oxunub:785
Çərşənbə günü gecə saatlarında Tunisin Sus əyalətində qatarın relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Tunis Afrique Presse" Tunis Milli Dəmir Yolu Şirkətinin (SNCFT) ictimaiyyətlə əlaqələr üzrə direktoruna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, qatarın maşinisti və bir sərnişin yerindəcə dünyasını dəyişib. Ən azı 34 nəfər xəsarət alıb, onlar yerli xəstəxanalara çatdırılıb, hamısının vəziyyəti stabildir.

Qeyd edilir ki, Tunisin paytaxtından Aralıq dənizi sahilindəki Qabes şəhərinə gedən qatar ölkənin şimal-şərqində yerləşən Sus əyalətindəki stansiyanın yaxınlığında relsdən çıxıb.

"Radio Mosaique FM"in verdiyi məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Rəbi Məcidi hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaya başlamaq barədə göstəriş verib. Agentliyin yaydığı məlumatda bildirilir ki, hesabatın məzmunu tam təfərrüatı ilə ictimaiyyətə təqdim olunacaq. Məcidi özü qəza yerinə SNCFT rəhbəri və texniki ekspertlər qrupu ilə birlikdə gəlib.


Teqlər:





Xəbər lenti