İbrahim Rəisi kimlərə trilyonlarla tümən verib?

   İbrahim Rəisi kimlərə trilyonlarla tümən verib?
  21 İyun 2023    Oxunub:1058
“Qadın, Həyat, Azadlıq” etirazlarının qızğın vaxtında İran preizdenti İbrahim Rəisi küçə etirazlarını və tələbə etirazlarını yatırtmaq üçün ən azı “10 000 milyard tümən” ayrılması tələbinə razılıq verib.
AzVision.az bildirir ki, “Rise to Overthrow” haker qrupunun ələ keçirdiyi Silahlı qüvvələrin Baş qərargahının, eləcə də Tehrandakı Sarəllah bazasının İbrahim Rəisinin ofisi ilə yüksək məxfi yazışmalarında bu məqam öz əksini tapıb.

Sarəllah Tehrandakı qərargahı SEPAH Baş komandanlığının altında fəaliyyət göstərir və Tehran əyalətinin müxtəlif bölgələrində istənilən etiraz aksiyalarını yatırmaq missiyasına malikdir.

Sızdırılan məlumatlara görə, Silahlı qüvvələrin Baş qərargah rəisi Məhəmməd Baqiri noyabrın 24-də prezident İbrahim Rəisiyə yazdığı “Təhlükəsizlik avadanlığının təchizatına əsas yardım” başlıqlı sənəddə 7-ci beşillik planda etirazların yatırılması üçün 6 milyard dollar ayrılmasının nəzərədə tutulduğu bildirilir.

Amma bu altı milyard dolların birinci hissəsi ən yaxşı halda 2023-cü ilin ikinci yarısında ödənilməsi mümkün olduğu üçün Baqiri “mövcud vəziyyətə son qoymaq” xatirinə təcili olaraq “ən azı 10 trilyon tümən ödənilməsini istəyib.Baqiri həmin 10 trilyon tümənin 2022-ci ildə repressiya qüvvələrinin vacib əşyalarının, o cümlədən avtomobillərin, motosikletlərin, paltarların, şəxsi ləvazimatların və digər “qaçılmaz əməliyyat xərcləri”nin dəyəri olduğunu yazıb.

Müraciətdən bir neçə gün sonra İbrahim Rəisinin ofisinin rəhbəri Qulamhüseyn İsmaili ölkənin proqram və büdcə təşkilatının rəhbərinə göndərdiyi çox məxfi təcili məktubda Baqirinin pul tələbinə lazımi köməklik göstərilməsini xahiş edib.
Sarəllah qərargahı da öz növbəsində tələbələrin etirazlarını yatırmaq üçün prezident Rəisidən bu sahəyə on milyardlarla tümən pul ayırmasını istəyib.

“Ölkənin təhlükəsizlik şurası kəşfiyyat-təhlükəsizlik komitəsi şəklində Tehran əyalətinin universitetləri ilə işləmək məsuliyyətini Sarəllah qərargahına həvalə edib”, - SEPAH-ın baş komandanı və Tehrandakı Sarəllah bazasının komandanı Hüseyn Səlaminin ötən il noyabrın sonlarında Rəisiyə yazdığı məktubda deyilir.

Bütün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Hüseyn Səlami 24 milyard tümən tələb edib. İbrahim Rəisinin ofisinin rəhbəri Qulamhüseyn İsmaili ölkənin proqram və büdcə təşkilatının rəhbərinə göndərdiyi ayrıca məktubda bu tələblərin də yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
AzVision.az



Teqlər: Rəisi   trilyonlar  





Xəbər lenti