“Titan”ın axtarışına 5 gəmi cəlb olunub
“Hazırda ən azı beş gəmi “Titanik”in batdığı yerdədir, lakin ABŞ Sahil Mühafizəsi tərəfindən siyahıya alınmış daha dörd gəmi yola düşür, - telekanal dəniz izləmə sisteminin məlumatlarına istinadən bildirib.
Telekanal xəbər verir ki, dalana qədər sualtı gəmini müşayiət edən tədqiqat gəmisi hələ də yerindədir. KİV-in məlumatına görə, axtarış gəmiləri arasında bir özəl, bir Bahamiya və iki Kanada sahil mühafizə gəmisi də var.
Çərşənbə günü axşam Fransa gəmisinin gəlməsi planlaşdırılır. Bazar ertəsi OceanGate Expeditions şirkəti turistləri "Titanik"in batdığı yerə çatdırmaq üçün nəzərdə tutulmuş ekipajlı batiskafın yoxa çıxdığını təsdiqləyib. Batiskafda beş nəfər var, onlarla əlaqə bazar günü dalışdan təxminən 1 saat 45 dəqiqə sonra itib. Onun axtarışları davam edir, oradakı hava təchizatı 96 saata kifayət etməlidir.
Media xəbər verir ki, sualtı qayıqda britaniyalı milyarder Hamiş Hardinq, fransalı dərin dəniz veteranı Pol-Henri Nargeole, Amerikanın “Titanik” tur şirkətinin yaradıcısı Stokton Raş və pakistanlı iş adamı Şahzadə Davud və oğlu ola bilər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: