Şoyqu: "Hazırda ölkəmizin taleyi həll olunur"

   Şoyqu:    "Hazırda ölkəmizin taleyi həll olunur"
  21 İyun 2023    Oxunub:883
"Hazırda ölkəmizin taleyi həll olunur, Rusiyanın geosiyasi gələcəyi müəyyənləşdirilir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kremldə ali hərbi təhsil müəssisələrinin məzunları qarşısında çıxışı zamanı deyib.

"Siz təhsilinizi ölkəmiz üçün məsuliyyətli bir zamanda, Vətənimizin taleyinin həll olunduğu, geosiyasi gələcəyinin müəyyənləşdiyi bir vaxtda başa vurmusunuz. Ölkəyə qarşı sonsuz sanksiyalar tətbiq olunur, qonşu dövlətlərdə iğtişaşlar və hərbi münaqişələr qızışdırılır və Kiyev rejimi böyük hərbi yardım alır”, - o, zabitlərə və generallara müraciət edərkən deyib.

Sergey Şoyqu qeyd edib ki, Qərb kollektiv şəkildə Rusiyaya qarşı əsl müharibəyə başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti