Süni intellekt ölü insanların səsləri ilə danışmağı öyrənib

   Süni intellekt ölü insanların səsləri ilə danışmağı öyrənib
  21 İyun 2023    Oxunub:1401
Amerikanın “Meta” şirkəti səs faylları əsasında həm yaşayan, həm də ölmüş insanların səslərini təkrarlaya bilən generativ süni intellektin yeni modelini hazırlyıb.
Voicebox adlı süni intellekt modeli altı dildə danışa bilir. Modelin təsvirinə əsasən, süni intellekt həm də xarici dillərdə insan səsini təqlid edə biləcək.

Şirkətdən verilən məlumata görə, bu, filmlərin dublyajına kömək edəcək və internetdə məzmun yaradıcılarına videoları başqa dillərə tərcümə etməyə imkan verəcək. Tərtibatçılar texnologiyanın potensial risklərini əsas gətirərək modelə ictimai girişi bağlamaq qərarına gəldiklərini əlavə ediblər.

"Generativ nitq modelləri üçün bir çox maraqlı istifadə halları var, lakin sui-istifadənin potensial risklərinə görə biz hazırda Voicebox modelini və ya kodunu dərc etmirik. Texnologiyanın təhlükəli istifadəsinin qarşısını almaq üçün süni intellektin inkişafında açıqlıq və hesabatlılıq arasında düzgün tarazlıq qurulmalıdır"-şirkətdən bildirilib.

AzVision.az


Teqlər: Süniintellekt  





Xəbər lenti