"McDonald's da LGBT təbliğatı əxlaqsızlıqdır və qəbuledilməzdir" - Qaribaşvili

 "McDonald
  21 İyun 2023    Oxunub:1297
"Gürcüstandakı McDonald's restoranlar şəbəkəsində aparılan LGBT təbliğatı əxlaqsızlıqdır və qəbuledilməzdir". Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirib.
“Bu, əxlaqsız və qəbuledilməz kampaniyadır, izahatları eşitmişik, lakin bu kifayət deyil. "Bunun qlobal kampaniyanın bir hissəsi olduğu və biz bunu qəbul etməliyik" cavabı qəbuledilməzdir. Cəmiyyətin reaksiyasının kifayət qədər güclü və adekvat olması təqdirəlayiqdir”, - deyə Sputnik Gürcüstan Qaribaşvilinin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, məktəblərdə, uşaq bağçalarında və gənclər arasında LGBT təbliğatı yolverilməzdir.

“Təbii ki, hər kəsin həyat tərzini seçmək hüququ var, biz heç kimin işinə, şəxsi həyatına qarışmırıq, amma digər tərəfdən, xarici uşaq bağçalarında, məktəblərində gedən sərhədsiz təbliğat mənim üçün qətiyyən qəbuledilməzdir. Allaha şükür ki, bizdə belə olmayacaq. Biz buna əməl edəcəyik”, - baş nazir bildirib.

Qeyd edək ki, "McDonald's Happy Meal"ın iyunun 12-də Elton Conun həyatından, o cümlədən Devid Ferniş ilə evliliyindən bəhs edən hədiyyə kitabını paylaması tənqidə səbəb olub. Bundan sonra kitabların hədiyyə olunması dayandırılıb.

Daha əvvəl Gürcüstan Patriarxlığı, eləcə də Tbilisi meri Kaxa Kaladze britaniyalı müğənni Elton Conun eynicinsli ailəsi haqqında kitabın ortaya çıxmasını tənqid edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti