"Dəmir yolu və yüklərə nəzarət məsələlərində Bakı ilə razılıq əldə olunub" - Paşinyanın müavini

   "Dəmir yolu və yüklərə nəzarət məsələlərində Bakı ilə razılıq əldə olunub" -    Paşinyanın müavini
  21 İyun 2023    Oxunub:1249
Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində iki məsələ üzrə yekun anlaşma əldə olunub.
Bu barədə jurnalistlərə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.

"Birincisi, belə bir anlayış var ki, Yerasx-Mehri-Horadiz yolu kommunikasiyaların açılması çərçivəsində ilk layihə ola bilər. Düşünürəm ki, bu vacibdir, çünki indiki halda hansı marşrutun müzakirə olunduğu aydındır. Bütün tərəflər belə bir fikrə şərikdirlər ki, hazırkı mərhələdə bu, regionun bütün ölkələri üçün ilk mümkün razılaşma və yaxşı həll yolu ola bilər.

İkincisi, qarşılıqlı anlaşma var ki, yüklərə nəzarət onların keçdiyi ölkələrin suverenliyi əsasında aparılmalıdır. Düşünürəm ki, Bakı bununla razıdır. Çünki biz dəfələrlə bildirmişik ki, belə bir məsələni başqa formatda müzakirə etməyəcəyik. Əgər buna baxmayaraq, görüşlər, müzakirələr gedirsə, o zaman bu yanaşma prosesin digər tərəfləri tərəfindən də bölüşülür , ən azı üçtərəfli format çərçivəsində..”.

Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin dəmir yoluna nəzarət edib-etməməsi ilə bağlı suala Qriqoryan:"Yüklərə nəzarət ölkələrin suverenliyinə əsaslanacaq və Rusiya FTX-nin funksiyaları və onların həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmalıdır", -deyə cavab verib.

Qriqoryan təsdiq edib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub.

Lakin danışıqların tarixi və yeri ilə bağlı hələlik dəqiqlik yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti