Kaçinski hakimiyyətə baş nazirin yeganə müavini kimi qayıdır
Onun sözlərinə görə, baş nazirin digər müavinləri istefaya getdikləri üçün "siyasi düşərgəmizin rəhbəri Yaroslav Kaçinski baş nazirin yeganə müavini olacaq”.
Qeyd edək ki, Kaçinskinin bir neçə gün sonra 74 yaşı olacaq və o, 2006-2007-ci illərdə Polşanın baş naziri, 2020-2022-ci illərdə isə Mateuş Moravetski hökumətində baş nazirin müavini vəzifəsində çalışıb.
Bəzi ekspertlər Kaçinskinin hökumətə qayıdışını gələn ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində kabinetin gücləndirilməsinin zəruriliyi ilə izah edirlər.
Xatırladaq ki, Yaroslav məşhur Kaçinskinin əkiz qardaşıdır. Digər qardaş Lex ölkənin prezidenti olub. O, 2010-cu ildə Smolensk yaxınlığında müəmmalı təyyarə qəzasında həlak olub.
Tural Tağıyev
AzVision.az
Teqlər: Polşa