Bayden Si Cinpini diktator adlandırdı
"Nə baş verdiyindən xəbərsiz olmaq diktatorlar üçün böyük biabırçılıqdır. Bu, baş verən yerdə olmamalı idi".
Eyni zamanda, cəmi bir gün əvvəl ABŞ lideri Vaşinqtonla Pekin arasında münasibətlərin “düzgün yolda” olduğunu və dövlət katibi Entoni Blinkenlə Si Cinpin arasındakı görüşün irəliləyişə səbəb olduğunu bildirib.
Amerika diplomatiyası rəhbərinin Çinə bazar ertəsi başa çatan səfəri ABŞ dövlət katibinin son beş ildə Çinə ilk səfəri olub. Bu, Pekin və Vaşinqton arasında bir sıra məsələlər, o cümlədən Tayvan, ABŞ üzərində vurulan Çin hava balonu hadisəsi, eləcə də ticarət və texnologiya sahələrində davam edən fikir ayrılıqları səbəbindən münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi fonunda baş verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Çin