Ukraynaya 50 milyard avro ayrılacaq

Ukraynaya 50 milyard avro ayrılacaq
  20 İyun 2023    Oxunub:867
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırdığını təsdiqləyib.
Bu barədə “Reuters” məlumat yayıb.

Qadın diplomat mətbuat konfransında bildirib ki, vəsait qrant və kredit şəklində saxlanılacaq.

AK rəhbəri pulun Aİ-nin mövcud büdcəsindən ayrıla bilməyəcəyini qeyd edərək, ittifaqın bütün 27 ölkəsini bu ehtiyaclara əlavə töhfələr verməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti