Yanğın 4 nəfərin həyatına son qoydu

Yanğın 4 nəfərin həyatına son qoydu
  20 İyun 2023    Oxunub:788
Nyu Yorkda yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.
AzVision.az “The New York Times”a istinadən xəbər verir ki, yanğın Manhettendəki altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən elektrikli velosiped təmiri sexində baş verib.

Hadisə nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4-nün öldüyü elan edilib, ikisinin vəziyyəti isə ağırdır.

Yanğının başvermə səbəbləri barədə hələlik məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti