Bu PUA polislərin yükünü daşıyacaq - FOTO
TUSAŞ-ın istehsalı arasında Türkiyədə ilk uçuş sınaqlarından keçən yeni fırlanan qanadlı yük PUA-sı da var. Ağır yüklərin daşınmasında istifadə olunacaq PUA Türkiyə təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Üstünlüyü aşağı istehsal xərcləri və aşağı risklərdir.
Dronun maksimum uçuş çəkisi 275 kiloqramdır və istifadəsi asandır. Hazırda uçuş sınaqları davam edir.
TUSAŞ həmçinin 300 kq-a qədər faydalı yük daşıyan PUA-ların hazırlanmasına başlamağı planlaşdırır və uçuş müddəti 5 saata qədər artacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: PUA