Bədən spreyindən saxta araq düzəltdilər

   Bədən spreyindən saxta araq düzəltdilər
  20 İyun 2023    Oxunub:1087
İranın şimalındakı Əlborz əyalətində metanoldan zəhərlənənlərin sayı 182 nəfərə çatıb. Bu barədə əyalətin Tibb Universitetinin dekanı Şəhram Sayadi bildirib.
İRNA agentliyin məlumatına görə, ölənlərin sayı artaraq 15 olub.

İyunun 17-də zəhərlənməyə səbəb olan saxta spirtinin satılmasına görə 6 nəfər saxlanılıb.

İstintaq müəyyən edib ki, məhsul istehsalçıları bədən spreyi zavodundan qanunsuz olaraq çirklənmiş sənaye spirti əldə ediblər və saxta məhsullar hazırlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəssisəni möhürləyiblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran  





Xəbər lenti