Nazir müavinləri Astanada: Türkiyə -Suriya barışığı

      Nazir müavinləri Astanada:    Türkiyə -Suriya  barışığı
  20 İyun 2023    Oxunub:1108
Astanada Rusiya,Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair dördtərəfli görüşü keçirilir.
Danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar, Suriya xarici işlər nazirinin müavini Ayman Susan və İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı iştirak edir.

Bundan əvvəl müavinlər dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşü təşkil etmək üçün mayın əvvəlində Moskvada toplaşıblar. Nəticədə nazirlər Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamağa göstəriş veriblər.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov yol xəritəsinin prioritet mövzularını açıqlayıb. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da var.

Astanada tərəflər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə etməyə davam edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti