Paşinyan kapitulyasiyanın detallarını açıqladı |
"Noyabrın 8-nə olan məlumata görə, hərbçilər şəhərin bir hissəsinin erməni tərəfinin nəzarətində olduğunu bildirsələr də, onu tamamilə geri qaytarmağın mümkün olmayacağı aydın idi.
Bundan əlavə, Xankəndinin müdafiəsinin zəif olması xəbəri gəldi və Şuşa məsələsini həll edən Azərbaycan qüvvələrinin Şuşakənd vasitəsilə Xankəndi və Əsgərana doğru irəliləyərək müdafiə ordusuna arxadan zərbələr endirmək təhlükəsi var idi.
Onun sözlərinə görə, o, Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirib və noyabrın 8-9-da onunla 20-yə, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı aparıb.
Paşinyan bildirib ki, Azərbaycan Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etməyib və tərəflər arasında Ağdam və Şuşanın adı şəkilməyən sənəd müzakirə olunub. Və hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə danışılıb.
“Noyabrın 9-u səhər mən bu sənədi imzaladım - qeyd edirəm, səhər axşam yox, yəni əslində noyabrın 8-dən 9-na keçən gecə. Amma məlum oldu ki, Azərbaycan bu mətni imzalamır və daim yeni tələblər irəli sürür.
Rusiya prezidenti deyəndə ki, Azərbaycan Tavuş vilayətindəki anklavların qaytarılması ilə bağlı bənd təklif irəli sürür, mən bundan imtina etdim və rəsmən elan olunmuş belə bir sənədin imzalanmasını istisna etdiyimi vurğuladım. Bir müddət sonra məlum oldu ki, bu bəndin götürülməsi ilə bağlı razılıq əldə edilib.
Gecə yarısına yaxın hərbi əməliyyatların intensivliyinin artması barədə xəbərlər gəlməyə başladı".
Mürəkkəb və uzun sürən müzakirələrdən sonra Paşinyan əlavə edib ki, o, məlum üçtərəfli bəyanatı imzalayıb.
Şahanə Rəhimli
AzVision.az