Tokayevlə Almaniya prezidenti nədən danışdılar?

   Tokayevlə Almaniya prezidenti nədən danışdılar?
  20 İyun 2023    Oxunub:1048
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayeri qəbul edib. Liderlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Bu barədə Tengrinews.kz. məlumat yayıb. Bildirilib ki, siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.
Türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi yaradılır


Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin, neft-qaz, yaşıl enerji və sənaye sahələrində faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Dövlət başçısının mətbuat xidməti qeyd edib ki, təkbətək danışıqlar dostluq şəraitində keçib, konstruktiv və mənalı olub. İkitərəfli iqtisadi gündəliyin bir sıra istiqamətləri üzrə əməkdaşlığın artırılmasına dair razılıqlar əldə olunub.

Tokayev Almaniyaya Rusiyanı əvəz etmək üçün neft tədarükünü artırmağı təklif edib.

Xatırladaq ki, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısı Qasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlib. Bir gün əvvəl onu Astana hava limanında Qazaxıstanın baş naziri Əlixan Smailov qarşılayıb.

Qeyd: “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropaya uzanır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Qazaxıstan   Almaniya  





Xəbər lenti