Ukrayna Dünya Bankından 63 milyon avro alıb

Ukrayna Dünya Bankından 63 milyon avro alıb
  19 İyun 2023    Oxunub:1046
Ukrayna Dünya Bankından 63 milyon avro alıb.
Bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Bildirilib ki, bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsinə, xüsusilə də 2023-cü ilin fevral-mart aylarının müəllim və dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək.

Kreditin ödənilməsi üçün Ukraynaya 10 il və 4 illik güzəşt müddəti verilib. Daha əvvəl bildirilib ki, BMT-nin İnkişaf Proqramı çərçivəsində Ukraynanın bərpası üçün BMT bir milyard dollar toplamaq niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti