Tehranın Ər-Riyad münasibtlərindəki buzlaşma dövrü bitir
Bin Fərhan həmçinin Səudiyyə krallığının İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirdiyi, son illərdə Tehrandan MAQATE ilə tam əməkdaşlıq tələb etdiyi bir şəraitdə regionun kütləvi qırğın silahlarından azad olmasına zəmanət verilməsinin zəruriliyinə də eyham vurub. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri hər iki ölkədə diplomatik və konsulluq missiyalarının bərpası istiqamətində işlərin getdiyini, krallığın Tehrandakı səfirliyinin tezliklə yenidən açılacağını da bildirib.
İranın Ər-Riyaddakı səfirliyi müqavilənin imzalanmasından 3 ay sonra yenidən açılıb və Tehranın şimalındakı “Spinas Palace” otelinin bir mərtəbəsində də Səudiyyə diplomatlarının yerləşdirilməsinə dair məlumatlar dərc olunub.
AzVision.az