O qeyd edib ki, məktəblərlə bağlı layihənin yekun tarixi hələ müəyyən edilməyib. Lakin məsələ müxtəlif instansiyalarda, o cümlədən ən yüksək səviyyədə fəal müzakirə olunur. Mövzu Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə də müzakirə olunub.
Moskva Qırğızıstanda 9 rus məktəbi tikir |
Rusiya rəsmisi həmçinin xatırladıb ki, "Biz Tacikistanda belə rus məktəblərində olmuşuq. Bütün bunları gördükdən sonra bütün diplomlarımı yerə qoyub orada birinci sinfə getmək istəyirəm”.
Onun sözlərinə görə, Ermənistanda rus məktəblərinin açılması gənclər üçün imkanları genişləndirəcək. Bu həm də xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində daha bir mühüm addım olacaq.
Artıq Zəngəzurda artıq həyata keçirilmiş layihələrə gəlincə, Maslov bu regionun tarixən ruslara yaxın və Rusiya üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin tarixən Azərbaycanın ərazisi olmuş. bu regionda Rusiyaya və rus mədəniyyətinə marağın qalmasından məmnunluğunu da ifadə edib.
Qeyd edək ki, söhbət müasir təhsil metodlarını tətbiq edəcək ultra müasir, hər şeylə tam təchiz olunmuş məktəblərin tikilməsindən gedir.
Layihəni hazırlayanlar kifayət qədər iddialıdırlar və onun həyata keçirilməsi asan da deyil. Çünki məktəb və ona aid binalar 2,5-3 hektar ərazidə tikiləcək. Bu məktəbin biri 1200 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, hər məktəb üçün iki hovuz və futbol meydançalarının da tikilməsi planlaşdırılır.
Xatırladaq ki, bu ilin əvvəlində Qırğızıstanın təhsil və elm naziri Ulanbek Mambetakunov parlamentdə çıxışı zamanı demişdi ki, ölkədə rus dilində tədris aparacaq 9 məktəb tikilir. Onlar Rusiyanın vəsaiti hesabına ərsəyə gəlir.
Məktəblər Rusiya təhsil standartlarına cavab verəcək məktəblər paytaxt Bişkekdə, həmçinin Çuy, Oş, İssık-Kul, Cəlal-Abad, Talas, Batken və Narında olacaq.
Tural Tağıyev
AzVision.az