Ərdəbildə daşqınlar, 7 nəfər ölüb

  Ərdəbildə daşqınlar,    7 nəfər ölüb
  18 İyun 2023    Oxunub:1000
İranın şimalındakı Ərdəbil əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 7 nəfər ölüb.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinə istinadən Mehr xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, ölkənin 12 vilayətində daşqınlar səbəbindən 5195 zərərçəkənə yardım edilib, 111 nəfər müvəqqəti mənzillə təmin edilib.

Bundan başqa, güclü yağışlar nəticəsində Tehranı Xəzər dənizinin sahilində yerləşən Çalus şəhəri ilə birləşdirən yolda iki nəfər itkin düşüb. Humanitar təşkilatın məlumatına görə, xilasetmə əməliyyatında beş qrup iştirak edir.

AzVision.az


Teqlər:





Xəbər lenti