Putin Afrika liderləri ilə Ukrayna üzrə dialoqu davam etdirəcək

Putin Afrika liderləri ilə Ukrayna üzrə dialoqu davam etdirəcək
  17 İyun 2023    Oxunub:1250
Ukraynadakı vəziyyəti həll etmək planı ilə Sankt-Peterburqa gələn Rusiya Prezidenti Vladimir Putin və Afrika ölkələrinin liderləri dialoqu davam etdirmək barədə razılığa gəliblər.
AzVision.az
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Afrika liderləri və Putin dialoqu davam etdirmək üçün siyasi iradələrini ifadə ediblər, xüsusən də iyulun ikinci yarısında görüşəcəyik və söhbət bundan getdi ", - Peskov jurnalistlərə bildirib.

AzVision.az



Teqlər: Putin   Afrika  





Xəbər lenti