Sudanda vətəndaş müharibəsində 3 000-dən çox insan ölüb

Sudanda vətəndaş müharibəsində 3 000-dən çox insan ölüb
  17 İyun 2023    Oxunub:908
Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı üç mini keçib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib.

“Aprelin ortalarında başlayan silahlı toqquşmalardan indiyədək 3 000-dən çox insan ölüb, azı 6 000 nəfər yaralanıb”, - Sudan Səhiyyə Nazirliyinin rəhbəri deyib.

AzVision.az



Teqlər: Sudan   Müharibə  





Xəbər lenti