Yaşar Gülər: “Krım da daxil Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”
"Brüsseldə keçirilən görüşdə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan etdik. Biz diplomatik vasitənin zəruriliyini qeyd edərək, münaqişə tərəfləri arasında tezliklə atəşkəsin əldə olunmasının vacibliyinə işarə etdik ki, daha çox dağıntıların qarşısının alınması və daha da artmasının qarşısının alınmasına nail olunsun”, - Y.Gülər vurğulayıb.
O, əlavə edib ki, Türkiyə əvvəlki kimi həm bu məsələdə, həm də humanitar yardımın göstərilməsində əlindən gələni etməyə hazırdır.
AzVision.az