Baydenin Ukraynanın NATO üzvlüyünü sadələşdirmək niyyəti yoxdur

 Baydenin Ukraynanın NATO üzvlüyünü sadələşdirmək niyyəti yoxdur
  17 İyun 2023    Oxunub:944
ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Şimali Atlantika Alyansına daxil olması prosedurunu sadələşdirmək niyyətində deyil.
AzVision.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Baydendən Ukraynanın NATO-ya daxil olmasına köməklik edib-etməyəcəyi sualına ABŞ Prezidenti qısaca “xeyr” cavabını verib.

Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər verib ki, NATO-nun baş katibi Yens Stoltenberq Cozef Baydenə təklif irəli sürüb. Təklifə əsasən alyans Ukraynanın üzvlük istiqamətində irəliləyiş əldə etdiyini bildirəcək.

AzVision.az



Teqlər: Ukrayna   NATO  





Xəbər lenti