İranda ət və süd məhsullarının istehlakı azalıb
Hesabatda göstərilir ki, İranın süd və süd məhsulları istehsalı ötən illə müqayisədəd 268 min ton azalaraq 7,8 milyon tona düşüb. Eyni zamanda süd məhsullarının idxalı da 33 min ton azalıb.
Belə azalmalar fonunda İranın süd məhsulları ixracatı 42% artaraq bir milyon 580 min tona çatıb ki, bu da ölkədə süd məhsullarının daxili istehlakının kəskin şəkildə azaldıv.
Ötən il İranda da ət istehsalın 30 min ton azalması və daxili istehlakın düşməsi qarşılığında xalis ət idxalı cəmi 8 min ton artıb. Bu sahədə istehsalın enişi əsasən toyuq əti istehsalının azalması ilə bağlı olub. FAO bu il İranın süd və süd məhsulları istehsalının yenidən 20 min, ət istehsalının isə 30 min ton azalacağını proqnozlaşdırıb.
Bu malların istehsalının artmasına baxmayaraq ixracatın artımını İran hökumətinə bağlı İRNA agentliyi özünəməxsus qaydada izah edib. İxracat artımını müsbət hal kimi qiymətləndirən agentlik, bunun əsas səbəbinin ölkə əhalisinin alıcılıq qabiliyyətinin ciddi şəkildə azalması olduğunu gizlədib.
İran mətbuatı və bəzi rəsmiləri ötən il ölkədə süd məhsullarının istehlakının 15-20% azaldığını bildirsələr də, bu il mayın 17-də “İqtisad dünyası” qəzeti südün qiymətinin artması ilə ölkədə süd məhsullarının istehlakının pisləşməsi barədə xəbər dərc edib.
FAO-nun hesabatında, həmçinin İranda taxıl istehsalının ötən il 2021-ci illə müqayisədə sabit qaldığı, lakin cari ildə bu göstəricinin 0,5 milyon ton azalaraq 18,8 milyon tona düşəcəyi bildirilir.
AzVision.az