Əhvazda müəllimlərin ikinci kütləvi məhkəməsi keçiriləcək

Əhvazda müəllimlərin ikinci kütləvi məhkəməsi keçiriləcək
  17 İyun 2023    Oxunub:1001
İranın teokratik hakimiyyət rejimi etirazları dəstəkləyən müəllimlərə qarşı uydurma ittihamlar irəli sürərək, onları cəzalandırmağa çalışır.

AzVision.az xəbər verir ki, Şirazda etiraz edən səkkiz müəllimin məhkəməsindən bir həftə sonra göndərilən çağırışa əsasən, Xuzistanın 11 müəllimi Xuzistan Müəllimlər birliyinin fəaliyyətinə görə, iyunun 17-də Əhvaz İnqilab məhkəməsində mühakimə olunacaq.

İran Təhsil işçiləri Həmkarlar İİttifaqı təşkilatlarının Koordinasiya şurasının yaydığı məlumata əsasən, İran təhlükəsizlik orqanları bu müəllimləri ölkənin təhlükəsizliyini pozmaq məqsədi güdən qruplara üzv olmaqda günahlandırıb. Həmkarlar ittifaqı fəaliyyətinə görə onlara qarşı irəli sürülən digər ittihamlar arasında “sistemə qarşı təbliğat fəaliyyəti”, “daxili təhlükəsizliyi pozmaq məqsədi ilə birləşmək və əlbir olmaq” kimi maddələr də var.

Qeyd edək ki, iyunun 10-da 8 etirazçı müəllim Şiraz İnqilab məhkəməsinin birinci şöbəsində mühakimə olunub. Onalrın hamısı Fars vilayətində Baş Təhsil idarəsi qarşısında bir neçə böyük etiraz aksiyası keçirdikdən bir müddət sonra İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
AzVision.az


Teqlər: İran   müəllimlər  





Xəbər lenti