Fransada sutka ərzində ikinci dəfə zəlzələ olub

Fransada sutka ərzində    ikinci dəfə zəlzələ olub
  17 İyun 2023    Oxunub:1288
Fransada 4,8 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 5,8 min nəfərin yaşadığı Surjer kommunasından 10 km şimal-şərqdə, mənbə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl ölkənin qərbində yerləşən Nant şəhərində 5,3 maqnitudada zəlzələ baş verib.

AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti