ABŞ 4 kəşfiyyat PUA-sını 611 milyon dollara satacaq
Müqavilədə bildirilir ki, Niderland, həmçinin üç mobil yerüstü idarəetmə sistemi və digər avadanlıq ala bilər.
Müqavilənin icrası Avropada NATO müttəfiqini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək.
Saziş regiondakı əsas hərbi balansı dəyişməyəcək, lakin Niderlandın mövcud və gələcək təhdidlərə qarşı dayanmaq qabiliyyətini artıracaq.
AzVision.az
Teqlər: ABŞ