Makron Maskı birlikdə işləməyə dəvət etdi: "Fransanı seçin"

Makron Maskı birlikdə işləməyə dəvət etdi:  "Fransanı seçin"
  16 İyun 2023    Oxunub:1476
Fransa prezidenti Emmanuel Makron amerikalı sahibkar Elon Mask ilə bir ay ərzində ikinci görüşünü keçirib və Teslanın rəhbərini birgə işləməyə dəvət edib.
“Gəlin birlikdə işləyək”, - deyə Makron öz Tvitter hesabında yazıb və özünün amerikalı iş adamı ilə şəklini paylaşıb. Dövlət başçısı yazıya “Fransanı seçin” həştəqini də əlavə edib.

BFMTV bildirib ki, Makron və Mask arasında keçirilən görüşdə fransız iş adamı Bernard Arnault da iştirak edib. İkinci görüş Fransanın öz ərazisində Tesla fabrikinə ev sahibliyi etmək istəyi ilə bağlı xəbərlər fonunda baş verir. Rəqəmsallaşma və Telekommunikasiya naziri Jan-Noel Barraud bu planları açıqlayıb.

Mask keçən həftə Parisdə Viva Tech texnoloji şousunda iştirak etməyi planlaşdırdığını təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Mask  





Xəbər lenti