“Qızım həm döyülüb, həm də söyülüb” - Rəqsanə Aysunun evliliyindən danışdı

   “Qızım həm döyülüb, həm də söyülüb” -    Rəqsanə Aysunun evliliyindən danışdı
  23 May 2023    Oxunub:1616
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ilk dəfə boşanmalarından danışıb.
AzVision.az xəbər verir ki, o bu barədə “Maqazin plus” verilişinə müsahibə verib.

Eşqinin sözlərinə görə, Aysuna qarşı sevgisi deyil, etibarı bitib: “Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi hara ötürsən, ora yeriyib gedir… Aysun mənim seçimim olub, həyat yoldaşım olub. Onun haqqında pis nəsə danışmaram”.

Eşqin bu evliliyi film adlandırıb: “Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum? Müğənni ilə ailə qurmaq hər adamın işi deyildi”.

O, Aysunun anası Rəqsanə İsmayılovanın ailələrinə müdaxilə etmədiyini bildirib. Eşqin Aysuna gələcək həyatında uğurlar arzulayıb.

R. İsmayılovanın cavabı özünü çox gözlətməyib. O, sosial şəbəkə hesabında canlı yayım açıb, Aysunun başına gələnlərdən danışıb: “Eşqin Aysuna əl də qaldırılıb, söyüş də söyüb. Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, əiləsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım...”

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.



AzVision.az


Teqlər: Rəqsanə  





Xəbər lenti