Ermənistanın eks-baş nazirinin 59 əmlakı müsadirə olunacaq
![Ermənistanın eks-baş nazirinin 59 əmlakı müsadirə olunacaq
Ermənistanın eks-baş nazirinin 59 əmlakı müsadirə olunacaq](https://azvision.az/photos/2023/03/jhjddd-1679054386.jpg)
Söhbət 59 daşınmaz əmlakdan gedir. Onlardan 15-i İrəvanda, (əsasən şəhərin mərkəzində) 12 daşınmaz əmlak vahidi Abramyanın doğma kəndi Mxçyanda, 10-u Narek icmasında, 2-si Kotayk rayonunun Arzakan kəndində, 6-sı Tsaxkadzorda, 1-i Vayots Dzorda (Cermuk), 1 -i Sevanda, 6 mülk Tavuşda, 3-ü Kotayk rayonunun Mehradzor kəndində, 1 -i Ararat rayonunun Marmaraşen kəndində, 1-i Ararat rayonunun Aintap kəndində, 1 -i həmin rayonun Arevabuyr kəndindədir.
Həmçinin proses çərçivəsində məhkəmə 9 daşınmaz əmlakın satışından 4 avtomobil, 20 şirkətin səhmləri, 1,6 milyard dram (4,1 milyon dollar) müsadirə edə bilər. Müxtəlif şirkətlərə verilən 11,5 milyon dollar, 687 milyon dram (1,6 milyon dollar) və 3,1 milyon avro vəsaitin geri qaytarılması da planlaşdırılır. Prokurorluğun məlumatına görə, Abrahamyan və onunla əlaqəli şəxslər də 21,2 milyard dramın (50 milyon dollardan çox) qanuni mənşəyini sübut edə bilməyiblər deyə bu vəsaitlər müsadirə oluna bilər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Əmlak