Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Pekinə çətin olacaq. Çünki siyasətləri bir-birinə zidd olan İran və Səudiyyə Ərəbistanını uzun müddətə barışdırmaq problematikdir.
![]() |
"Çinin İran-Səudiyyə razılaşmalarına yardımı güc balansını dəyişir" - Kissincer |
![](https://azvision.az/photos/2023/03/hfghfghfg-1659608569-(1)-1679052391.jpg)
Elxan Şahinoğlu deyib ki, İranla Səudiyyə Ərəbistanın münasibətləri tam normallaşacağını gözləmək çətindir. Çünki Tehran bölgə ölkələrinin daxili işlərinə qarışır, müxtəlif silahlı qrupları dəstəkləyir və bu siyasətindən əl çəkmək istəmir.
- Misal üçün Tehran Yəməndəki silahlı qruplaşmaları dəstəkləyir, onlar isə qonşu Səudiyyə Ərəbistanına problemlər yaradırlar. Tehran bu siyasətindən əl çəkəcəkmi? Çətin. Deməli, münasibətlərdə gərginlik azalmayacaq. Tehrandakı dairələr isə Səudiyyə Ərəbistanın İrandakı narazı qüvvələri dəstəklədiyini, bəzilərini isə silahlandığını iddia edirlər.
Buna baxmayaraq, diplomatik münasibətlərin bərpası Tehran üçün vacibdir ki, Qərbin sanksiyaları fonunda Səudiyyə Ərəbistanın simasında rəqiblərdən birinin neytral siyasətə sövq edə bilsin. Ancaq yarana biləcək kiçik problem yenidən iki ölkə arasında diplomatik münasibətləri qopma nöqtəsinə gətirəcək. Çünki İrandakı mühafizəkar rejim “ənənəvi siyasətindən” imtina etməyəcək.
Tural Tağıyev
AzVision.az