Peskov: "NATO-dan Ukraynaya gələn bütün texnika məhv ediləcək"

      Peskov:    "NATO-dan Ukraynaya gələn bütün texnika məhv ediləcək"
  17 Mart 2023    Oxunub:919
"NATO ölkələrindən Ukraynaya gələn bütün texnika məhv ediləcək".
AzVision.az xəbər
verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa və Slovakiyanın sovet qırıcılarını Ukraynaya vermək planları ilə bağlı xəbərləri şərh edərkən deyib.

Slovakiya Ukraynaya 13 MiQ-29 qırıcısı verəcək
"Bu hərbi texnikaların çatdırılmasına gəlincə, biz dəfələrlə qeyd etmişik ki, onlar xüsusi hərbi əməliyyatın nəticələrinə təsir edə bilməz. Əlbəttə, bütün bu avadanlıqlar məhv ediləcək", - o, cümə günü keçirdiyi brifinqdə deyib.

O, həmçinin söyləyib ki, “bu ölkələr bu addımları ilə köhnə lazımsız avadanlıqların utilizasiyası ilə məşğul olurlar”.

“Polşaya gəlincə, bu, bir sıra ölkələrin – Şimali Atlantika Alyansının üzvlərinin münaqişədə birbaşa iştirak səviyyəsini artırmasının daha bir nümunəsidir”, - Kreml sözçüsü bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Peskov  





Xəbər lenti