El Pais:"Zara"-nın Rusiyadakı mağazalarının çoxu bağlanacaq"
![El Pais:"Zara"-nın Rusiyadakı mağazalarının çoxu bağlanacaq" El Pais:"Zara"-nın Rusiyadakı mağazalarının çoxu bağlanacaq"](https://azvision.az/photos/2023/03/7162917-1679039986.jpg)
Qəzet yazır ki, bu gün şirkət Rusiya bazarından tam çıxmaq üçün sövdələşmənin tamamlanmasını gözləyir. Inditex-in məlumatına görə, 2022-ci maliyyə ilinin sonunda Rusiyadakı törəmə şirkətlərdə itkilərin həcmi 2,211 milyard avro təşkil edib. Müəllif qeyd edib ki, Inditex sahibləri Rusiyadakı 245 mağazanın aktivlərini və hüquqlarını "Daher" qrupuna keçirəcəklər.
Nəşr vurğulayıb ki, Inditex Rusiyaya qayıtmaq hüququnu özündə saxlayır. Qeyd olunur ki, ispan şirkətinin meneceri Oskar Qarsia Maseyras Rusiyanı tərk etmək üzrə danışıqların hazırda “son mərhələdə” olduğunu bildirib.
Tural Tağıyev
AzVision.az
Teqlər: