Ermənistan-Türkiyə matçının biletləri niyə “yoxa çıxıb?”

   Ermənistan-Türkiyə matçının biletləri    niyə “yoxa çıxıb?”
  17 Mart 2023    Oxunub:1164
Ermənistan və Türkiyə milli komandaları arasında İrəvanda keçiriləcək futbol matçının biletləri yoxa çıxıb. AzVision.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri məlumat yayıb.
Bildirilir ki, təşkilatçılar azarkeşlər üçün ayrılmış 5 minə yaxın bileti artıq öz yaxın və etibarlı adamlarına paylayıblar. Qəzeti yazır ki, biletlərin az tapılması və onların kəskin şəkildə bahalaşmasının səbəbi məhz bu amildir.

Nəşrin məlumatına görə, Ermənistan Futbol Federasiyası oyun zamanı aqressiv davranışların və digər arzuolunmaz halların qarşısını almaq üçün 5 min bilet ayırıbmış ki, bu da özlərinin "sadiq azarkeşlər"inə çatıb.

Zaxaryan: "Karyeramı “Qalatasaray”da davam etdirməyəcəm"
Qeyd edək ki, martın 6-da məlum matça onlayn şəkildə biletlərin satışının başlanması elan edilmişdi. Artıq martın 13-də bilet qalmayıb.

Maraqlıdır ki, biletlər qara bazarda da satılır və 3-5 min əvəzinə 25-35 min dram qiymətinə təklif olunur. Qəzet yazır ki, bu cür təşkilatçılıq isə azarkeşlərin qəzəbinə səbəb olub.

"Bütün bu proseslərin fonunda məlum olub ki, yuxarıda sadalanan səbəblərdən 5 minə yaxın bilet ümumiyyətlə heç satılmayıb. Başqa sözlə, Ermənistan Futbol Federasiyası Assosasiyası bir tərəfdən xeyli vətəndaşı bu oyunu izləmək imkanından məhrum edib, digər tərəfdən spekulyasiya və saxtakarlığın qarşısını almaq üçün lazımi nəzarəti təmin edə bilməyib", - nəşr yazıb.

Xatırladaq ki, martın 25-də Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək. UEFA-nın qərarı ilə oyun türkiyəli azarkeşlər olmadan keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Türkiyə   Bilet  





Xəbər lenti