Türkiyədə yenə zəlzələ oldu

 Türkiyədə yenə zəlzələ oldu
  16 Mart 2023    Oxunub:1332
Boluda 4,8 bal gücündə zəlzələ olub. Yeraltı silkələnmə İstanbulda da hiss olunub.
Yeraltı təkan Türkiyə vaxtı ilə saat 13.55-də yerin 8 kilometr dərinliyində baş verib. Bolu valisi Erkan Kılıç və İstanbul valisi Ali Yerlikaya insan təlafatının olmadığını bildiriblər.

Qeyd edək ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti