Üç yaşlı qız tapdığı tapança ilə bacısını güllələdi
![Üç yaşlı qız tapdığı tapança ilə bacısını güllələdi
Üç yaşlı qız tapdığı tapança ilə bacısını güllələdi](https://azvision.az/photos/2023/03/1678893484.jpg)
Məlum olub ki, üç yaşlı qız otaqdakı əşyaların arasından dolu yarı avtomat tapança tapıb və oyun zamanı bacısını güllələyib. Otağa qaçan böyüklər uşağı yerdə huşsuz vəziyyətdə tapıblar. O, tezliklə ölüb.
Qonsales hadisəni faciəli, lakin “qarşısı tamamilə alına bilən hadisə” adlandırıb. Yüksək rütbəli polis zabiti həmçinin bildirib ki, çox güman ki, silahın təhlükəsizliyini təmin edə bilməyən sahibinə qarşı ittiham irəli sürüləcək.
“Everytown Research & Policy” qeyri-kommersiya təşkilatının araşdırmasına istinadən verilən məlumata görə, 2015-2020-ci illər arasında ABŞ-da 18 yaşdan kiçik uşaqlar tərəfindən təsadüfən odlu silahdan istifadə edilən 2070 hadisə baş verib. Onlar 765 nəfəri öldürüb, 1366 nəfəri yaralayıb.(Lent.az)
Teqlər: