Parisin küçələri zibilliyə döndü - FOTOLAR

   Parisin küçələri zibilliyə döndü -    FOTOLAR
  15 Mart 2023    Oxunub:1368
Fransanın paytaxtı Parisdə təmizlik işçiləri 10-cu gündür tətillərini davam etdirirlər. Son açıqlamalarda tətilin martın 20-dək davam edəcəyi bildirilib.
Şəhərin küçələri zibil yeşiklərinə çevrilib. Associated Press agentliyi çərşənbə axşamına qədər küçələrdə 7000 tondan çox zibilin yığıldığını bildirib. Europe1 radiosunun şərhçisi bildirib ki, şəhər Parisdə altı milyon siçovul üçün bufetə çevrilib.

Qeyd edək ki, Fransada hökumətin mübahisəli pensiya islahatına qarşı tətillər və etirazlar keçirilib.

Mübahisəli qanuna əsasən, Fransada pensiya yaşı bu ilin sentyabrından başlayaraq tədricən ildə 3 ay artırılacaq və pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq.

Ölkədə təqaüdə çıxmaq üçün 2027-ci ildən etibarən 43 il işləmək lazım gələcək. Fransada pensiya yaşı Qərbi Avropanın bir çox digər ölkələrindən aşağıdır.

Təqaüd yaşın; İspaniyada 65, Böyük Britaniyada 66, İtaliya və Almaniya isə pensiya yaşını 67-yə qaldırmağı planlaşdırırlar.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti