İranda məktəblilərin zəhərlənməsinə görə 110 nəfər saxlanılıb

   İranda məktəblilərin zəhərlənməsinə görə 110 nəfər saxlanılıb
  15 Mart 2023    Oxunub:878
İran təhlükəsizlik qüvvələri məktəblilərin kütləvi zəhərlənməsi halları ilə bağlı 110-dan çox şübhəlini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə günü təhlükəsizlik qüvvələri komandanlığının sözçüsü general Səid Montazer-ol-Mehdi bildirib.

"Bu günlər ərzində Hüquq-Mühafizə Qüvvələrinin Kəşfiyyat Təşkilatı 110-dan çox qanun pozucusunu müəyyən edib və saxlayıb", - Tasnim agentliyi generalın sözlərindən sitat gətirib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayından İranın 25 vilayətində 230 məktəbdə 5 mindən çox uşağın zəhərlənməsi faktı qeydə alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti