İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma: 62 nəfər yaralanıb

   İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma:    62 nəfər yaralanıb
  15 Mart 2023    Oxunub:737
Pakistanın keçmiş baş naziri İmran Xanın Lahor şəhərində tərəfdarları ilə polios arasında baş verən qarşıdurmada azı 62 nəfər xəsarət alıb. Bu barədə çərşənbə günü Geo.tv kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Xanın iqamətgahı yaxınlığında hərəkatın fəalları ilə polis arasında baş verən qarşıdurma zamanı azı 54 hüquq-mühafizə orqanı əməkdaşı və daha 8 mülki şəxs xəsarət alıb.

Bundan əvvəl DawnNewsTV xəbər vermişdi ki, çərşənbə günü səhər polis və təhlükəsizlik rəsmiləri keçmiş hökumət başçısını saxlamağa yenidən cəhd ediblər. Tərəfdarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fəal müqavimət göstərirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti