Finlandiya İsveçsiz NATO-ya daxil ola bilər
![Finlandiya İsveçsiz NATO-ya daxil ola bilər Finlandiya İsveçsiz NATO-ya daxil ola bilər](https://azvision.az/photos/2023/02/2022-05-18T163823Z_1893833969_RC2R9U9URGLA_RTRMADP_3_UKRAINE-CRISIS-NATO-TURKEY-pic4_zoom-1500x1500-40622-1675245823.jpg)
İsveç hökumətinin başçısı bildirib ki, məsələnin həlli Türkiyənin əlindədir və belə bir ssenari reallaşarsa, İsveç yalnız qonşu Finlandiyanın NATO-ya daxil olması ilə bağlı vəziyyəti qəbul etməyə hazırdır. "Əslində, məsələ İsveçin NATO-ya üzv olub-olmamasında deyil, İsveçin NATO-ya nə vaxt üzv olacağından gedir", - deyə Ulf Kristersson bildirib.
Öz növbəsində, İsveçin Türkiyə ilə NATO-ya üzvlüyü ilə bağlı danışıqlar üzrə baş müzakirəçisi Oskar Stenstrom rəsmi Ankara ilə konfidensial danışıqlar aparıldığını bildirib.
AzVision.az
Teqlər: