Türkiyədə bir gündə ikinci zəlzələ baş verdi

Türkiyədə bir gündə ikinci zəlzələ baş verdi
  14 Mart 2023    Oxunub:862
Çərşənbə axşamı Türkiyədə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələlərin episentri Kahramanmaraş şəhərindən 100 km şimal-şərqdə yerləşib. Mənbə 5 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, çərşənbə axşamı ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində qeydə alınan ikinci zəlzələdir.

Xatırldaq ki, fevralın 6-da bölgədə 48 mindən çox insanın ölümünə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti