"Aİ-nin bayrağı layiqli şəkildə yerinə qaytarılacaq" - Şalva Papuaşvili

   "Aİ-nin bayrağı layiqli şəkildə yerinə qaytarılacaq" -    Şalva Papuaşvili
  14 Mart 2023    Oxunub:824
"Aİ-nin bayrağı layiqli şəkildə yerinə qaytarılacaq".
AzVision.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament binası yaxınlığında “Mühafizəkarlar hərəkatı”nın nümayəndələrinin Aİ bayrağını yandırmasından danışarkən deyib.

"Bu cür davranış təbii ki, kimdən olursa olsun, qəbuledilməzdir, bayraq lazımi hörmətlə öz yerinə qaytarılacaq",- Papuaşvili bildirib. Gürcüstan parlamentinin sədri qeyd edib ki, Daxili İşlər Nazirliyi bəyanat verib ki, Avropa İttifaqının bayrağını ləkələyən hər bir şəxs lazımi qaydada müəyyənləşdiriləcək və inzibati prosedura uyğun olaraq cəzalandırılacaq.



Şahanə Rəhimli
AzVision.az







Teqlər:





Xəbər lenti