Keçmiş erməni deputata qarşı ittiham irəli sürülüb

 Keçmiş erməni deputata qarşı ittiham irəli sürülüb
  14 Mart 2023    Oxunub:1114
Ermənistan parlamentinin keçmiş deputatı Gevork Petrosyana qarşı ittiham irəli sürülüb. AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Petrosyan Ermənistan Cinayət Məcəlləsinin 452-ci maddəsinin 1-ci bəndi (“Vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilə”) ilə ittiham olunur.

Xatırladaq ki, Petrosyan martın 12-də DİN-in Kotayk regional şöbəsinin patrul xidmətçilərinin qanuni tələblərinə tabe olmayaraq onların xidməti fəaliyyətinə mane olub.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti