Yeni Baş nazir: “ABŞ və Çin əməkdaşlıq etməlidir”

      Yeni Baş nazir:    “ABŞ və Çin əməkdaşlıq etməlidir”
  13 Mart 2023    Oxunub:882
“ABŞ və Çin bir-birinin qarşısını almaq üçün yox, əməkdaşlıq etməlidir”.
Bunu Çinin Baş naziri Li Çian deyib. Onun sözlərinə görə, son illərdə ABŞ-da bəziləri Çinlə əlaqələri kəsmək barədə söhbətləri gücləndirir: “Bununla belə, əslində nə qədər insanın bundan faydalana biləcəyini bilmirəm”.

O, ölkələr arasında nəhəng ikitərəfli ticarətə - 760 milyard dollara diqqət çəkib. Li-nin sözlərinə görə, bu göstərici iki ölkənin bir-biri ilə nə dərəcədə bağlı olduğunu və Ağ Evin tətbiq etdiyi qadağanın hansı zərər verə biləcəyini anlamaq üçün açardır.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub.

1983-cü ildə Çin Kommunist Partiyasına üzv qəbul olunan Li Çian partiyada müxtəlif vəzifələr tutduqdan sonra 2013-2016-cı illərdə Cıcian vilayətinin qubernatoru, 2016-2017-ci ildə Ciansu vilayətinin partiya katibi, 2017-ci ildə Şanxay şəhərinin partiya katibi təyin olunub.


AzVision.az


Teqlər:





Xəbər lenti