Gürcüstanın baş naziri Ukrayna ilə bağlı müxalifətə cavab verəcək

   Gürcüstanın baş naziri Ukrayna ilə bağlı müxalifətə cavab verəcək
  13 Mart 2023    Oxunub:1266
Gürcüstanın baş naziri İrakli Qaribaşvili martın 24-də parlamentdə Ukrayna münaqişəsi və onun nəticələri ilə bağlı çıxış edəcək. Bu barədə bazar ertəsi qanunverici orqanın sədri Şalva Papuaşvili məlumat verib.
Qaribaşvilinin parlamentə dəvət olunmasının təşəbbüskarı müxalifətdir. O, xüsusilə, Ukraynadakı gərginlikdən bir il sonra Gürcüstanda təhlükəsizlik vəziyyəti ilə maraqlanır.

Deputatlar Gürcüstanın Milli Təhlükəsizlik Şurasının niyə ayda bir dəfə toplaşmır və niyə respublikanın “hibrid təhlükə” ilə mübarizə üçün vahid strategiyası yoxdur sualına da cavab tələb edirlər.

Qaribaşvilinin parlamentdəki çıxışı əvvəlcə fevral ayına planlaşdırılsa da, Türkiyə səfəri ilə əlaqədar təxirə salınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti