Avrasiya İqtisadi Komissiyası rəhbərinin köməkçisi yoxa çıxıb

  Avrasiya İqtisadi Komissiyası rəhbərinin köməkçisi yoxa çıxıb
  13 Mart 2023    Oxunub:1763
Avrasiya İqtisadi Komissiyasının (Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının orqanı-red) kollegiya rəhbərinin köməkçisi Dmitri Şedko yoxa çıxıb.
AzVision.az xəbər verir ki, məmurun yoxa çıxması ilə bağlı müraciət polisə bazar ertəsi daxil olub. Onun Moskvada itdiyi bildirilir.

TASS yazır ki, hüquq-mühafizə orqanlarına Şedkonun tanışları müraciət ediblər.

"Onu yaşadığı yerdə tapmaq mümkün olmayıb. Telefon zənglərinə və mesajlara isə cavab vermir", - nəşr yazıb.

Məmuru sonuncu dəfə martın 9-da görüblər.

Qeyd edək ki, Dmitri Şedko Belarus vətəndaşıdır. O, Moskvaya köçməzdən əvvəl Belarusun Rabitə və informasiyalaşdırma nazirinin birinci müavini vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti