ÜST rəhbəri Azərbaycan Prezidentinə təşəkkür etdi
![ÜST rəhbəri Azərbaycan Prezidentinə təşəkkür etdi ÜST rəhbəri Azərbaycan Prezidentinə təşəkkür etdi](https://azvision.az/photos/2023/03/16783608074183520820_1200x630-1678363985.jpg)
ÜST-ün baş direktoru forumun səmərəli olacağına və müzakirə olunan problemlərin həllinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Forumun təşkilinə görə Azərbaycanın Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan Forumda bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
AzVision.az
Teqlər: