"Neftçi" "Everton"un sabiq futbolçusunu transfer etdi
!["Neftçi" "Everton"un sabiq futbolçusunu transfer etdi
"Neftçi" "Everton"un sabiq futbolçusunu transfer etdi](https://azvision.az/photos/2025/02/images-(46)-1739031497.jpg)
Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1.5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu "Koventri" klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə "Everton"la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı "Randers"lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu "Enosis Neon Paralimni"nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.
AzVision.az
Teqlər: